“İrana girmək dünyada ən asan işdir. İndi İrana girməməklə böyük bir yumşaqlıq nümayiş etdirdiyimi düşünürəm”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
İrana tətbiq olunan son sanksiyalar barədə danışan dövlət başçısı bunların əvvəlki sanksiyalardan daha sərt olduğunu bildirib.
Tramp sanksiyaların işə yarayacağını iddia edib.
ABŞ prezidenti bundan əvvəl İran Mərkəzi Bankına sanksiya tətbiq olunduğunu açıqlamışdı.