21 Sentyabr 2019 16:49
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Mark Esper Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) istəyi ilə bu ölkələrə dəstək məqsədilə hərbi qüvvə göndərəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Esper Səudiyyə Ərəbistanının neft müəssisələrinə dron hücumunun bölgədə vəziyyəti dramatik şəkildə gərginləşdirdiyini bildirib.

Pentaqon başçısı baş verənlərə görə İranı ittiham edib:

“Səudiyyə Ərəbistanı bundan sonra ehtimal olunan hücumların qarşısını almaq məqsədilə bizdən dəstək istədi. BƏƏ də belə bir istəklə çıxış edib. Bu tələblərdən sonra ABŞ prezidenti bölgədə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün hər iki ölkəyə ABŞ qüvvələrinin göndərilməsinə razılıq verib”.

Mark Esper İranla müharibə məsələsinə də toxunub: “Prezidentin dediyi kimi, ABŞ İranla müharibə etmək istəmir. Bununla yanaşı, vəziyyətə uyğun seçimlərimiz də var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər