ABŞ-ın birinci xanımı Melaniya Tramp ölkənin rəmzlərindən olan Vaşinqton Abidəsi yenidən açılışında çətin anlar yaşayıb.
Teleqraf.com xəbər verir ki, Trampın açılış lentini kəsə bilməməsi kameraların diqqətindən yayınmayıb.
O, liftlə məktəb şagirdləri ilə birlikdə abidənin yuxarı mərtəbəsinə qalxıb. Lenti kəsə bilməyən birinci xanım qayçını yanındakı rəsmi şəxslərə verməli olub.
2016-cı ildən etibarən təmir və təhlükəsizlik sisteminin yenilənməsi ilə bağlı ictimaiyyətə qapalı olan Vaşinqton Abidəsinin açılışından videogörüntünü təqdim edirik: