Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev məlumat yayıb.
O, Ukraynanın Türkiyə tərəfinin cinayətkarlıqla bağlı bütün sorğularına cavab verdiyini açıqlayıb. Ukrayna əlavə olaraq dələduzluqda ittiham olunan 31, qaçaqmalçılıqda şübhəli bilənən 36 nəfəri Türkiyə tərəfinə təhvil verib.