22 Sentyabr 2019 12:00
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in 30 min üzvünü idarə edən əmir Sübhi Huveytliyə qarşı Türkiyənin Kayseri şəhərində əməliyyat həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, İŞİD əmirinin Mosul, Təlafər, Beac və Sincarı idarə etdiyi, qeyri-qanuni yolla Türkiyəyə gələrək qadınların terror təşkilatına cəlb olunması istiqamətində işə başladığı üzə çıxıb.

Türkiyədə 4 İŞİD üzvü ilə birgə yaxalanan Sübhi Huveytlinin 2013-cü ildə İraq həbsxanasından İŞİD-in köməyi ilə qaçdığı məlum olub. İŞİD lideri Bağdadi tərəfindən əmir elan edilən Huveytli "Əbu Muhamməd" kod adından istifadə edib.


Müəllif: Teleqraf.com