22 Sentyabr 2019 20:30
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo ABC televiziya şirkətinin efirində bildirib.

"Siz bilirsiniz ki, biz (Dövlət Departamenti-red) son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə (mətni açıqlamaq -red) hərəkət etmək yersizdir", - deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.

Onun nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər