ABŞ və Hindistan bu ilin noyabr ayında ilk dəfə birgə hərbi təlimlər keçirəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə Hyustonda Hindistan əsilli amerikalılar qarşısında çıxış edərkən söyləyib.
Donald Tramp bildirib: “ABŞ-da Kosmik qüvvələri yaratdıq. Kosmik əməkdaşlığı inkişaf etdirmək üçün Hindistanla sıx əməkdaşlıq edirik. Noyabr ayında ABŞ və Hindistan hərbi sahədə əhəmiyyətli irəliləyişlər göstərəcək və ilk hərbi təlimlər keçirəcək.