23 Sentyabr 2019 13:07
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a səfəri zamanı Almaniya Kansleri Angela Merkelin təyyarəsinə minməli olan müdafiə naziri Anneqret Kramp Karrenbauer son anda başqa bir təyyarə ilə səfərini davam etdirmək məcburiyyətində qalıb.

Teleqraf.com Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, əvvəlcə müdafiə naziri də kanslerin təyyarəsi ilə uçmağı planlaşdırırmış.

O, Merkellə birlikdə Nyu-Yorka uçmalı, Merkel və heyəti burada təyyarədən endikdən sonra nazir Karrenbauer Vaşinqtona səfərini davam etdirməli imiş. Amma Kanslerin ofisi müdafiə nazirinə Merkellə uçmağın arzu edilmədiyi siqnalını verib və ona ayrı təyyarə ilə ABŞ-a səfər etməsini tövsiyə olunub.

Almaniyanın hökumət mənbələri qəzetə bildiriblər ki, müdafiə nazirinə onsuz da kiçik olan heyətini azaltmaq qarşılığında Merkelin təyyarəsi ilə uçmaq təklif edilib, nazir isə heyətin sayının azaltdığını bildirərək bu təklifi rədd edib.

Beləcə Kansler və müdafiə naziri ayrı-ayrı təyyarələrlə ABŞ-a səfər edib. Bu isə müxalifətin ciddi tənqidinə məruz qalıb. Müxalifət eyni gündə iki təyyarədən istifadə edilməsini kəskin pisləyib.

“Şpigel” qəzeti bəyan edilib ki, bir hökumət təyyarənin bir saatlıq uçuşu büdcəyə 24-35 min avroya başa gəlir.

Müdafiə naziri, xanım Anneqret Kramp Karrenbauer orduya aid başqa bir təyyarə ilə Vaşinqtona uçması isə 360 min avroya başa gəlib.


Müəllif: Cavad