1 May 2014 00:20
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 3 ildən çox müddətdir davam edən müharibə ən çox uşaqlara təsir edir. Döyüşdən təsirlənən və psixologiyası alt-üst olan bir uşaq Bəşər Əsəd üçün qəbir qazıb.

Teleqraf.com xəbər verir ki, məzarı qazan uşaq “Bəşər Əsədi bu məzara basdıracağam” deyir.

Xatırladaq ki, Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub, ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir. Dəməşqdəki fransız-ərəb təmayüllü “əl-Hürriyyə” liseyində orta təhsilini bitirənBəşər daha sonra Dəməşq universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxı Londona gedir və burada Qərb Göz Hospitlında təcrübə keçir.

1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsindən sonra Bəşər Suriyaya çağırılır. Suriyaya qayıdan Bəşər elə həmin il (1994) Hama Hərbi Akademiyasına qəbul edilir. 1999-cu ildə isə o, artıq polkovnik rütbəsi daşıyan hərbçi və diplomatik vəzifə tutan siyasi fiqur idi. 2000-ci ildə isə Bəşər Əsəd hakim Baas partiyasının sədri vəzifəsinə gətirilir. 2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq, Əbdülhəlim Xəddam icra edir. Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd Suriya prezidenti rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilir.

40 ildən çox müddətdə Suriyanı idarə edən ələvi Əsəd ailəsi ölkədə despot rejim və öz iqtidarını müdafiə məqsədilə möhkəm siyasi təhlükəsizlik şəbəkəsi yaradır. Rejim üçün işləyən yerli və əcnəbi insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar tərəfindən gizli polisin xalqı daim xof içərisində və nəzarətdə saxlamaqda xüsusi fəallıq göstərdiyi bəyan edilir. Yüksək dövlət, kəşfiyyat və hərbi postlara Əsəd ailəsinə yaxın şəxslərin rəhbərlik etməsi də bu baxımdan təsadüfi sayılmamalıdır /anspress/


Müəllif: