23 Sentyabr 2019 13:45
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Donald Tramp 2020-ci ilin iyul ayınadək ikitərəfli ticarət sazişi bağlamaq barədə razılıq əldə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” qəzeti İngiltərə hökumətinin yüksək çinli nümayəndəsinə istinadən məlumat yayıb.

“İndi hər iki tərəfin iyul ayına qədər müqavilə bağlamaq üçün siyasi iradəsi var”, – deyə qəzetə danışan mənbə deyib.

Liderlər öz qərarını Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş zamanı elan edə bilərlər. Bu ticarət sazişinin ABŞ-ın indiyə qədər hansısa digər ölkə ilə bağladığı ən böyük saziş olacağı bildirilir.

D.Tramp avqustun 25-də B.Consonun İngiltərəni Avropa İttifaqından çıxarmaq üçün “münasib adam” olduğunu açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər