Belarus Silahlı Qüvvələrinin baş qərargah rəisi Oleq Belokonev Ermənistana gəlib.
Teleqraf.com xəbər verir ki, o, səfər çərçivəsində paytaxt İrəvanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.
Tərəflər görüşdə ikitərəfli münasibətlər və bölgədəki mövcud vəziyyət müzakirə olunub.
Tonoyan görüşdə Belarusun Ermənistanla hərbi sahədə əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.