Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi hissəsinin əsgəri Hayk Xaçatryanın yaralanması ilə bağlı xəbər vermişdik.
Teleqraf.com xəbər verir ki, 2000-ci il təvəllüdlü hərbçinin hansı səbəbdən yaralandığı məlum olub.
Məlumata görə, görmə problemi olan Hayk Xaçatryan ön xətdəki döyüş mövqeyində özünü güllələyib.
Qarın nahiyəsindən güllə yarası alan əsgər olaydan sonra İrəvana çatdırılıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bu barədə yayılmış məlumatları təsdiq edib.