İsveçdə bir araşdırmada seks asılılığının beyinlə əlaqədar xəstəlik olduğu təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, elm adamları seks asılılığının olduğunu iddia edilən insanlarda genetikanın qeyri-adi fəaliyyəti aşkarlayıblar.
Seks asılılığının bundan əziyyət çəkən insanların beynində normadan artıq olan və “məhəbbət hormonu” adlandırılan oksitoksinin sərbəst formada yayılmasına səbəb olduğu bildirilib.
Araşdırmada iştirak edənlərdən İsveçin Umeya Universitetinin professoru Yussi Yokinen bu haqda deyib: “Xəstəliyin bioloji səbəbləri məsələsində gedərək artan narahatlıq var. Əlbəttə, mübahisəli nəticəyə gəlib çatmışıq, amma bunun həqiqət olduğunu düşünürük”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında seks asılılığı “Nəzarətin itirildiyi riskli davranış” adlandırılır. Xəstəliyin dünya əhalisinin 3-6%-nə təsir etdiyi diqqətə çatdırılır.
Cinsi asılılıq bir xəstəlik olaraq qəbul edilmirdi, çünki fiziki narahatlıq və depressiya kimi digər psixi problemlərlə əlaqədar psixoloji pozğunluqların təzahürü kimi qeyd olunurdu.
Yeni araşdırmada iştirak edən mütəxəssislər cinsi asılılığının olduğunu deyən 60 xəstə və 33 könüllüdən qan analizi götürüb. Seks asılılığı olanlarda xüsusən aktiv olan və oksitoksinin artmasını məhdudlaşdıran genlərin öz funksiyalarını yerinə yetirmədiyi aşkar edilib.