Bu gün Türkiyə Silahlı Qüvvələrinin (TSK) Hərbi Hava Komandanlığına aid 2 ədəd F-16 qırıcısı Suriya sahəsinə daxil olub.
Teleqraf.com türk mediasına istinadən bildirir ki, qırıcılar Suriya hava məkanına “Təbii sabitlik əməliyyatı” çərçivəsində daxil olub.
Türkiyə Müdafiə Nazirliyi məlumatı təsdiq edib. Nazirliyin açıqlamasında qeyd edilir ki, Hava Qüvvələri Komandanlığına aid 2 ədəd F-16 bu gün səhər saat 10:00-dan 12:00-a qədər Suriya hava sahəsində uçuşlar həyata keçirib.