24 Sentyabr 2019 12:10
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı strateji təlimlərinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, təlimlər zamanı Silahlı Qüvvələrin müxtəlif bölmələri atəşdən istifadə etməklə şərti hədəflərə zərbələr endirəcək.

Bundan əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan ehtiyatda olan hərbi kadrların və mülki şəxslərin də təlimlərə cəlb olunacağını açıqlamışdı.

Müdafiə Nazirliyinin bu qərarı yerli mediada Ermənistan ordusunda canlı qüvvə çatışmazlığı iddiasına yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər