24 Sentyabr 2019 18:13
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya gəldiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Tvitter” səhifəsində məlumat yerləşdirib.

“Biz xalqlarımız arasındakı tarixi və çox pozitiv qarşılıqlı münasibətləri möhkəmləndirmək, hörmət hisslərini gücləndirmək üçün Moskvaya gəldik”, – deyə Maduro “Tvitter”də yazıb.

O qeyd edib ki, bu illər ərzində qurulan qardaşlıq Venesuelanın firavan gələcəyinin qurulmasının fundamental məhvərini təşkil edir.

Bundan əvvəl Maduro sentyabrın 24-də Rusiyaya səfər edəcəyinin anonsunu vermişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər