Pakistan-Hindistan sərhədində baş verən zəlzələ nəticəsində ən azı 19 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Geo TV" telekanalı yerli polisə istinadən məlumat yayıb.
***
16:20
Pakistanda 6.1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi informasiya yayıb.
Yerli vaxtla 16:01-də qeydə alınan zəlzələ paytaxt İslamabadda da hiss edilib. Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb.
Hələlik zəlzələnin fəsadları barədə məlumat açıqlanmayıb.