1 May 2014 00:38
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Virciniya ştatında, Linçberq şəhərində neft məhsulları daşıyan qatar relsdən çıxaraq yanmağa başlayıb.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Yaxınlıqda yaşayan sakinlər evakuasiya olunur.


Müəllif: Teleqraf.com