25 Sentyabr 2019 11:20
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İran prezidentklərinin addım atması və görüşmələri üçün uyğun an gəlib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

Prezident Makron keçirdiyi mətbuat konfransında İranın nüvə silahına sahib olmaq iddiasından əl çəkməsi, Yəmən böhranının aradan qaldırılması, regionda təhlükəsizliyin təmin olunması və iqtisadi sanksiyaların aradan qaldırılmasının vacibliyini bildirib.

Prezident əlavə edib ki, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Misir Prezidenti Sisi və Fələstin lideri Mahmud Abbasla görüşlər keçirib. ABŞ Prezidenti Tramp və İran Prezidenti Ruhani ilə ayrı-ayrılıqda görüş keçirdiyini xatırladan Makron əlavə edib ki, Tramp və Ruhani arasında görüş üçün şərait yetişib. ABŞ və İran tərəfindən addım atılmasının lazım gəldiyini vurğulayan Fransa lideri deyib ki, ABŞ-ın bəzi mövzularda fikri olmadan İranla bağlı sanksiyalar dayandırıla bilməz.

Fransa dövlət başçısı bildirib ki, ABŞ və İran regionda gərgin vəziyyətin aradan qaldırılması niyyətindədir: “Tramp bölgədə gərginliyin artmasından narahatdır və İranın nüvə silahına sahib olmasını istəmir. İran isə ona qarşı tətbiq edilən sanksiyaların götürülməsini tələb edir. Biz bu iki dövlətin liderinin görüşməsi üçün şərtlərin münasib olduğunu ifadə edirik. Hər iki ölkə üzərinə düşən məsuliyyəti anlamalıdır. Prezident Ruhaninin ABŞ-da olması belə bir görüşün baş tutması baxımından yaxşı fürsətdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər