İsraildə keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Benni Qantzın liderliyindəki Mavi-Ağ bloku 33 mandat yeri qazanaraq, parlamentdə çoxluq əldə edib.
Baş nazir Binyamin Netanyahunun partiyası Likud 32 mandat yeri ilə ikinci olub.
Üçüncü yerdə isə 13 mandatla ərəblərin Birlik Liqası qərarlaşıb.