15 Sentyabr 2014 21:16
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına rus dili və ya istənilən dildən istifadə hüququ təklif edib.

APA-nın “Ukrainskaya pravda”ya istinadən məlumatına görə, bu barədə münaqişənin nizamlanması üçün hazırlanmış yeni qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə görə, sözügedən vilayətlərdə müəyyən rayonlara ictimai və şəxsi həyatda rus dilindən və ya başqa istənilən dildən istifadə hüququ veriləcək.

Bundan başqa, Ukrayna Donbas bölgəsinin sosial-iqtisadi rifahını yüksəltməyə zəmanət verir.

Qeyd edək ki, bu yaxında Poroşenko Donetsk və Luqansk vilayətlərində üç il müddətində xüsusi idarəetmə formasını seçmək hüququ və hökumətə qarşı döyüşmüş silahlılara amnistiya verməyi təklif edib.


Müəllif:

Oxşar xəbərlər