Ceyza Geri adlı qadın balıq dərisi kimi tanınan, 100.000 insandan birində rast gəlinən ixtioz xəstəliyi ilə doğulub. Hələ müalicəsi tapılmayan ixtioz irsən ötürülən xəstəlikdir.
Teleqraf.com xəbər verir ki, bu xəstəliklə doğulan Ceyza iki həftədən bir dərisini dəyişir.
Ceyza doğulanda həkimlər onun xəstəliyindən baş açmayıblar. Bir neçə aylığında nənəsi onu Duk Universitet xəstəxanasına aparıb və həkimlər uşağa istixoz diaqnozu qoyublar.
İndi Ceyza dərisi çox həssas olduğundan nəmləndirici kremlərdən istifadə etməmiş çölə çıxa bilmir. Əvvəllər xəstəliyini gizlətmək üçün makiyajdan çox istifadə edən Ceyza sonra xəstəliyinin bir sənət olduğunu düşünüb və makiyajdan istifadəni dayandırıb.
“Qaşım üçün bol-bol karandaşdan istifadə edirdim. Çünki qaşlarım yoxdur. Gözlərimə də tuş çəkirdim. Xəstəlik səbəbindən makiyajsız dayana bilmirdim. Bir gün güzgü qarşısında özümü makiyajsız gördüm və bu kimdir deyə özümə sual verdim. O gündən makiyaja ehtiyacımın olmadığını düşündüm. Çünki dərim özü bir sənətdir. Üzümün parlaq narıncı və qəhvərəhgi olduğunu anlayanlar var. Dərimlə qürur duyuram”.
Sosial şəbəkələrdə paylaşdığı fotolarla insanlara cəsarət verən Ceyzaya izləyicilərindən birindən belə bir şərh gəlib:
“Şortik geyinməyə cəsarətim yox idi. Sən mənə bu cəsarəti verirsən”.