25 Sentyabr 2019 16:56
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Fransa arasında qondarma erməni soyqırımının birgə araşdırılmasına dair saziş imzalanıb.

Teleqraf.com xəbər verir ki, sözügedən əməkdaşlıq sazişinin imzalamaq təşəbbüsü Fransa tərəfinə məxsusdur.

Müqaviləyə Ermənistan tərəfdən bu ölkənin Milli Arxiv İdarəsinin direktoru Amatuni Virabyan, Fransa tərəfdən Şoa Memorialının direktoru Jak Fredj imza atıb.

Saziş Fransanın Ermənistandakı səfiri Conatan Lakotun iştirakı ilə imzalanıb.

Səfir Fransa arxivlərində qondarma soyqırıma dair dəlillərin olduğunu iddia edib: “Bu dəlillərin araşdırılması işbirliyinə daxil ediləcək”.

Əlavə edək ki, bu ildən etibarən Fransada 24 aprel “Erməni Soyqırımı Qurbanlarının Anım Günü” olaraq qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər