26 Sentyabr 2019 11:10
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin deputatı (AKP) Şirin Ünalın evində işləyən 23 yaşlı Özbəkistan vətəndaşı Nadirə Qədirovanın şübhəli ölümünə dair zorlama iddiası gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Nadirənin qardaşı Məhəmməd Qədirov bacısının ölümündən bir gün əvvəl bir rəfiqəsinə deputatın təcavüzünə uğramasından danışdığını iddia edib.

Məhəmməd Qədirov olay haqda bunları deyib:

“Leyla adlı bir rəfiqəsi ilə danışıb. Leyla danışır ki, Nadirə deputatın xəstə həyat yoldaşına qulluq edirdi. Bir gün otağına girib, qapını bağlayıb, arxadan onu qucaqlayıb və təcavüz edib. Bunun nə qədər doğru olduğunu bilmirəm, amma telefon danışığı var”.

Nadirə Leylaya “Mən qardaşımın üzünə necə baxacağam, özümü öldürmək istəyirəm” deyib.

Türkiyə Baş Prokurorluğunda olaya dair cinayət işi açılıb, araşdırma aparılır.

Özbəkistan vətəndaşı Nadirə Qədirova deputat Şirin Ünalın evində bir ildir qulluqçu işləyirdi. 23 yaşlı Nadirə dünən işlədiyi evdə deputatın lisenziyalı tapançası ilə özünü vuraraq inthar edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər