Cənab Donald Tramp prezidentlik postuna gələndən bəri münasibətlərimiz olduqca yaxşıdır. F-35-lə bağlı son mərhələdəki hadisə bizi məyus edib. Xalq soruşur ki, F-35 qırıcılarının axırını necə oldu? Siz 1 milyard 400 milyon ödəniş etmisiniz, bəs Türkiyəyə gətiriləcəkdi, niyə gəlmədi?
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Fox News” telekanalına müsahibəsində deyib:
Onun sözlərinə görə, ABŞ prezidentinin Osaka görüşündəki açıqlaması onu çox ümidləndirib: “Ümidimi itirmək istəmirəm, amma S-400 sistemləri Türkiyə-ABŞ münasibətlərini qəti şəkildə pozmamalıdır. Çünki bunlar müdafiə sistemləri sahəsində Türkiyənin ehtiyacıdır.
Qaldı ki, S-400 komplekslərinə, Yunanıstan, Bolqarıstan, Slovakiyada da var. Onlar da NATO ölkəsidir. Onlarda olar, Türkiyə kimi ölkədə niyə olmasın?”