15 Sentyabr 2014 22:45
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda Talibana qarşı davam edən əməliyyatlarda daha 15 terrorçu öldürülüb. Ordunun mətbuat xidmətindən bununla bağlı verilən açıqlamada talibançılara qarşı son əməliyyatın Şimal Vəziristanın Tabai bölgəsində keçirildiyi bildirilib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən məlumatına görə, Talibana aid olduğu təsbit edilən nöqtələr hərbi vertolyotlarla hədəfə alınıb, talibançıların cəmləşdiyi sığınacaqlar hava zərbələri ilə dağıdılıb. Şimali Vəziristanda iyunun 15-dən başlayaraq gerçəkləşdirilən antiterror əməliyyatlarında indiyə kimi 50-dən çox terrorçu məhv edilib.

Nihad


Müəllif: