26 Sentyabr 2019 16:39
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya parlamentinin deputatları Con Aleksandr və Haq Mak-Dermott Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, avstraliyalı parlamentarilər qanunsuz səfər çərçivəsində Xankəndində işğal bölgəsindəki separatçıların nümayəndəsi Aşot Quliyanla görüşüb.

Separat görüşdə ABŞ-da fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsinin (ANCA) nümayəndəsi Kaylar Mikaelyan da iştirak edib.

Görüşdə “Avstraliya-Artsax (Qarabağ) dostluq qrupu”nun qurulması məsələsi müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər