ABŞ Dövlət Departamenti Kuba lideri Raul Kastro və ailə üzvlərinə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki. Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib.
Pompeo bildirib ki, kommunist liderə sanksiya tətbiq olunmasının səbəbi insan haqlarını pozması və Venesuela hökumətinə dəstək verməsidir.
Sanksiyalar Raul Kastro və ailə üzvlərinin ABŞ-a girişinə qadağa qoyur və bu ölkədəki bank hesabları və ya əmlaklarının dondurulmasını nəzərdə tutur.
Mayk Pompeo sanksiya tətbiq olunan Kuba başçısı haqda bunları deyib: “Kuba Kommunist Partiyasının lideri Raul Kastro minlərlə kubalını əyləncə üçün həbs edir və hələ də 100 siyasi məhbusun olduğu bir sistemi idarə edir”.
ABŞ ötən həftə iki kubalı diplomatı ölkədən deportasiya etmişdi.