27 Sentyabr 2019 10:37
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokrat Partiyasının ABŞ Prezidenti Donald Trampın impiçment proseduruna başlamasına Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika mətbuatı yazır.

“Nyu-York Times” iddia edir ki, həmin agent bir dönəm Ağ Evdə işləyib.

Agent Ağ Ev rəsmilərinin Trampla Ukrayna Prezidenti Zelenski arasında danışıqları ört-basdır etməyə çalışdığını iddia edib.

Dünən ictimaiyyətə açıqlanan telefon danışığının stenoqramına gəldikdə məlum olub ki, danışıqların əsas surəti komputerdə saxlanılmır, məxfi informasiyaların saxlanılmasında istifadə edilən xüsusi sistemə köçürülüb.

Demokratlar Trampı Demokrat Partiyasının prezidentliyə namizədi Baydeni ləkələmək üçün xaricilərdən dəstək almaqda və bu zaman Ukraynaya hərbi yardımı qərarını bazarlıq məqsədilə istifadə etməkdə günahkar sayır. Tramp özü isə bu iddiaları rədd edir. Prezident Ukrayna lideri ilə görüşdən əvvəl Ukraynaya 400 milyon dollarlıq hərbi yardıma maneə olmasını qəbul edir, amma Zelenskiyə Baydenin oğlunun araşdırılması üçün təzyiq etdiyi haqda deyilənləri rədd edir.

Maraqlıdır ki, prezidentdən Konqresə şikayət edən şəxsin kimliyi bilinmir. Hüquqşünaslar həmin şəxsin kimliyinin açıqlanmasının ona ciddi zərər verə biləcəyi düşüncəsindədir.

Bəlli olub ki, Trampın özü şikayətçilərə bu informasiyaların kim tərəfindən verildiyinin öyrənilməsini tələb edib və bununla bağlı onun səs yazısı mətbuatın əlinə keçib.

Səs yazısında Tramp deyir: “Bu şəxsin kim olduğunu bilmək istəyirəm, şikayətçiyə informasiya verən şəxsi. Çünki bu casusluğa yaxın bir şeydir”.

Səs qeydlərində keçmişdə ABŞ-da casusların edamına toxunan Tramp “Keçmişdə nə etdiyimizi bilirsinizmi? Casuslar və xəyanətlər... İndi bir qədər fərqli davranırıq”.

Demokrat senator Raca Kirşnamoorthi şikayətçinin ən qısa zamanda Konqresin Kəşfiyyat Komitəsi tərəfindən dindirilməsini tələb edib.

Xatırladaq ki, kimliyi bəlli olmayan MKİ agentinin yazdığı və sentyabrın 25-də Konqres üzvlərinə təqdim edilən şikayətdə üç iddia yer alıb.

  1. Tramp Ukrayna Prezidentinə Con Baydenin oğlu Hunter Baydenə araşdırma çərçivəsində təzyiq etmək.
  2. Tramp Zelenskidən demokratların kompüter serverlərinə girməyi xahiş edir.
  3. Tramp öz vəkili Rudi Guliani və ədliyyə naziri Villiam Barrı bu işləri idarə etmək üçün vəzifələndirib.

Hər üç addımla ABŞ prezidentinin ölkə konstitusiyasını pozmuş sayılır.

Konqresin Nümayəndələr Palatası ABŞ Prezidenti Donald Trampa qarşı impiçment proseduruna başladığını elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər