Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın “Fox News” telekanalının aparıcısına cavabı maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Bred Bayerin suallarını cavablandıran Ərdoğan amerikalı jurnalistin Türkiyənin məhbus jurnalistlərin sayının ən çox ölkə olduğunu barədə sözlərinə sərt reaksiya verib.
“Siz hazırda hakim kimi danışırsınız, jurnalist kimi yox. Əvvəlcə jurnalist kimi danışın və məndən də siyasətçi kimi cavab alın. Dövlət çevrilişinə cəhd edən şəxs, İŞİD üzvü jurnalistdir deyə sərbəst buraxılsa, ABŞ-da buna nə deyərsiniz? Yaxşı və düzgün elədi, deyərsinizmi?, - deyə Ərdoğan jurnalistə söyləyib.