27 Sentyabr 2019 15:52
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Səudiyyə Ərəbistanına “Patriot” hava hücumundan müdafiə sistemləri və canlı hərbi qüvvə göndəriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Conatan Hoffman açıqlama yayıb.

Hoffman canlı qüvvə sayının 200 şəxsi heyətdən ibarət olacağını bildirib:

“Səudiyyə Ərəbistanı Krallığına son hücumlardan sonra rəsmi Ər-Riyadın təklifi ilə müdafiə naziri Mark Esper ABŞ-ın bölgəyə 1 ədəd “Patriot-2” batereyası, 4 radar sistemi, təxminən 200 nəfərlik şəxsi heyət göndəriləcəyini deyib”.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Aramco” neft-qaz şirkətinin obyektlərinə 2 Pilotsuz Uçan Aparat (PUA) vasitəsilə hücum edilib. hücumun məsuliyyətini İranın dəstək verdiyi Husi (Yəmən) radikal qruplaşması öz üzərinə götürüb.

Rəsmi Ər-Riyad və Vaşinqton isə dron hücumundan birbaşa İranın məsuliyyət daşıdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər