Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin siqaretə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Peskovun sözlərinə görə, prezident siqaret çəkmir və sağlam həyat tərzinin tərəfdarıdır.
Kreml nümayəndəsi qeyd edib ki, Putinin ətrafında siqaret çəkənlər yoxdur: “Siqaret çəkən yalnız bir neçə həmkar var, amma onların sayı bir əlin barmağından da azdır. Ümumiyyətlə, indi tütün çox populyar deyil, bu da sevindirici haldır”.
Rusiya hökuməti yanğın təhlükəsizliyi qaydalarına dəyişiklik edərək oktyabrın 1-dən eyvanlarda siqaret çəkməyi qadağan edib.