“İran Səudiyyə Ərəbistanının neft müəssisələrinə qarşı dron hücumlarında rol oynayıb. Buna görə də, rəsmi ər-Riyad İrana qarşı cavab addımı olaraq bütün seçim və variantları nəzərdən keçirir”.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.
Diplomat bu seçimlər arasında hərbi variantın olduğunu da istisna etməyib:
“İrana qarşı hərbi seçim hələ də masa üzərindədir. Biz regionda müharibə tərəfədarı deyilik və gərginliyin artmasını da istəmirik. Buna baxmayaraq hesab edirik ki, İran “Aramco” neft müəssisələrinə qarşı dron və raket hücumlarına görə məsuliyyət daşımalı, bu rəftarına görə cavabdeh olmalıdır.
Biz İrana qarşı bütün seçimləri, o cümlədən hərbi variantı araşdırır, lazım olan vaxtda münasib addımı atacağıq”.