BMT Baş Assambleyasının zirvəsində iştirak etmək üçün Nyu-Yorka gedən Suriya xarici işlər naziri Vəlid Muallim jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeonu tanımadığını bildirib.
Teleqraf.com xəbər verir ki, suriyalı diplomata ABŞ dövlət katibinin Suriyaya dair son bəyanatlarına dair sual ünvanlanıb.
Jurnalistin sualına “Pompeo kimdir?” deyə reaksiya verən Muallim “ABŞ-ın dövlət katibi” cavabını aldıqdan sonra belə deyib: “Yaxşı ki xatırlayırsan, mən onu tanımıram”.
Suriyanın baş diplomatının bunu ciddi, yoxsa qeyri-ciddi dediyi isə açıqlanmayıb.