ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Valker istefa verib. “Report” xəbər verir ki, bu barədə “CNN” üç mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, onun adı kəşfiyyat nümayəndəsinin ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasındakı telefon danışığı ilə bağlı etdiyi yazılı şikayətdə qeyd edilib.
Ehtimal edilir ki, məhz Volker Trampın şəxsi vəkili Rudi Culiani ilə Zelenskinin köməkçisi Andrey Yermak arasında görüş təşkil edib.
Culiani isə Co və Hanter Baydenlərin Ukraynadakı işləri ilə əlaqədar istintaq işinin başladılması üçün rəsmi Kiyevə təzyiq göstərməkdə şübhəli bilinir.
ABŞ Dövlət Departamenti bu məlumata münasibət bildirməyib.