28 Sentyabr 2019 20:10
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-dən etibarən Belarus mağazalarında şəkərin qiyməti 1,5 rubla qədər bahalaşacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “NewsBel.by” məlumat yayıb.

Qeyd edilir ki, Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi öz qərarı ilə ağ kristal şəkərin minimum pərakəndə satış qiymətini təyin edir. Bu qərar son vaxtlar ticarət rəflərinin ucuz rus şəkəri ilə dolması ilə əlaqədardır.

Qərara əsasən, 01.10.2019-cu il tarixindən etibarən pərakəndə satışda ölkəyə gətirilən və ölkədə istehsal olunan ağ kristal şəkər üçün minimum qiymət 1,5 rubl (ƏDV daxil olmaqla) təşkil edəcək.

Nazirliyin qərarı 31 dekabr 2019-cu ilədək qüvvədədir.


Müəllif: Səxavət

Oxşar xəbərlər