ABŞ Prezidenti Donald Trampı tora salan şəxsin kimliyi bəlli olub.
Teleqraf.com xəbər verir ki, “Nyu York Times” qəzeti ABŞ və Ukrayna prezidentlərinin söhbətini Konqresə çatdıran şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ukrayna mövzusunda mütəxəssis agent olduğunu elan edib.
Agentin deşifrə edilərək həyatının təhlükəyə atıldığı haqda həyacanverici xəbərləri qəzet inkar edib.
Qəzet bildirir ki, Prezident Tramp mütəxəssisin etibarlı olmadığına dair iddiaları səbəbindən xəbəri oxucularına çatdırmaq məqsədilə agentinlə əlaqəli detalları əldə edib.
Əlavə edilib ki, agent Ağ Evdəki vəzifəsini yerinə yetirdikdən sonra MKİ-yə qayıdıb.
Xatırladaq ki, ABŞ və Ukrayna prezidentlərinin telefon danışığı agent tərəfindən Konqresə, daha sonra ictimaiyyətə açıqlanıb. Bundan sonra Konqresin Nümayəndələr Palatası prezidentə qarşı impiçment proseduruna başladığını elan edib.