28 Sentyabr 2019 15:45
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası hökuməti yetkinlik yaşına çatmayanlar arasında intihar hallarının qarşısının alınması sistemini təkmilləşdirmək üçün 2020-ci ilə qədər görüləcək bir sıra tədbirləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, baş nazir Dmitri Medvedyevin bir neçə idarəyə ünvanlanmış müvafiq əmri rəsmi hüquq-informasiya portalında dərc edilib.

Beləliklə, tədbirlər toplusu yetkinlik yaşına çatmayanların intihar davranışının qarşısının alınmasını, uşaqların psixoloji xüsusiyyətlərini, o cümlədən yetkinlik yaşına çatmayanların yersiz davranışları halında psixoloq və psixiatrların vaxtında müdaxiləsini nəzərdə tutan tədbirləri, həmçinin, Rusiya subyektlərinin təhsil müəssisələrində valideynlər üçün maarifləndirici tədbirlərin aparılmasını nəzərdə tutur. Uşaqlarda və yeniyetmələrdə intihar əhvalının erkən təzahürü əlamətlərini sadalayacaq valideynlər üçün buklet və yaddaş kitabçalarının hazırlanması da tədbirlər planına daxildir.

Kompleks tədbirlər paketinə risk faktorları, davranış təzahürləri olan və öz hərəkətlərinin alqoritmini izah edən yetkinlik yaşına çatmayanlarla məşğul olan müəllimlər, məktəb həkimləri, psixoloqlar və digər mütəxəssislər üçün təlim seminarları, mühazirələr keçirilməsi daxildir.

Bundan əlavə, tədbirlər siyahısında şagirdlər arasında müsbət mənəvi keyfiyyətləri, sağlam həyat tərzi prinsiplərini inkişaf etdirməyə yönəlmiş profilaktik tədbirlərin həyata keçirilməsi, intihar əhvalının qarşısının alınması və müsbət təfəkkürün formalaşdırılması ilə bağlı təlimlər və fərdi psixoloji məsləhətləşmələr də var.

Bir sıra zəruri tədbirlərə intihar üsulları ilə bağlı internet materialların monitorinqi və bu cür hərəkətlərə çağırışlar, həmçinin intihar məzmununa girişin məhdudlaşdırılması (bloklanması) da daxildir.

Kəskin böhran şəraitini, ruhi sapma əlamətlərini və intihar meyllərini müəyyən etmək üçün penitensiar sistemə yeni gələn yetkinlik yaşına çatmayanların dərin psixoloji diaqnostik müayinəsinin həyata keçirilməsi də nəzərdə tutulub.


Müəllif: Səxavət

Oxşar xəbərlər