Yunanıstan əsgərlərini çəkmə, uniforma və silahla təmin edə bilmir.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Hərbi xidmət üçün edilən müraciətlərin növbəti dövrlərə təxirə salındığı bildirilib.
Yunanıstan Müdafiə naziri Nikos Panqiotopulos də açıqlamasında iddiaları təsdiqləyib:
“Hazırda ordunun dəstək verə biləcəyindən daha çox insan hərbi birləşmələrə qatılmaq istəyir”.
Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən, Yunanıstanda il ərzində 60 min gənc hərbi xidmət keçir.