16 Sentyabr 2014 10:21
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın Eustream qaz nəqli sistemi operatorundan verilən açıqlamalara görə, sentyabrın 12-dən ölkə ərazisindən qazın tranziti azalmağa başlayıb.

Əgər bir ay əvvəl Kapuşanı Velke kompressor stansiyası vasitəsilə sutkada 70 milyon kubmetr qəbul olunurdusa, hazırda bu rəqəm 49,6 milyon kubmetrdir.

Verilən məlumatlarda buna əsas səbəb kimi Avstriya yeraltı qaz anbarlarında tələbatın aşağı düşməsidir. Avstriya anbarlara indi demək olar ki, ağzınadək dolub.

Həmçinin məlumatda qeyd edilir ki, sentyabrın əvvəlindən Ukraynaya Slovakiyadan 380,9 milyon kubmetr qaz idxal edilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: