Türkiyədə 2,9 və 3,6 bal gücündə iki zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:08-də və 09:10-da hiss olunub.
Zəlzələnin episentri Yalova vilayətinin sahillərində Mərmərə dənizi yaxınlığında qeydə alınıb. Birinci zəlzələnin episentri 6,8 kilometr dərinlikdə, ikinci zəlzələnin episentri isə 10,6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı qeydə alınmayıb.