Avstriya Milli Şurasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə ilk seçki məntəqələri bazar günü yerli vaxtla saat 06:00-da açılıb.
Teleqraf.com-un məlumatına görə, ümumilikdə, Avstriya Respublikasında 10,1 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcəkdir.
Milli Şuraya daxil olmaq üçün partiya 4% -dən çox səs toplamalıdır.
Keçmiş Avstriya kansleri Sebastian Kurtsun rəhbərlik etdiyi mühafizəkar Avstriya Xalq Partiyası favorit hesab edilir. Proqnozlara görə, partiya parlamentdə çoxluq qazanacaq və onun lideri kansler vəzifəsində bərpa ediləcək.