Misirdə hüquq-mühafizə orqanları Şimali Sinay vilayətindəki Əl Ariş şəhərində 15 terrorçunu məhv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Əl Vətən” qəzeti yayıb.
Terrorçuların Misirdə dinc insanlara qarşı teraktlar həyata keçirməyi planlaşdırdıqları bildirilib.
Qeyd edək ki, son bir neçə il ərzində Misirin Sinay yarımadasında İŞİD və Əl Qaidə terror təşkilatlarının aktivliyi müşahidə edilir.