Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Ukraynada münaqişə tərəfləri arasında atəşin dayandırılmasını vacib hesab edir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Almaniya tərəfinin təşəbbüsü ilə gerçəkləşdirilən telefon danışığı zamanı Putin və Merkel həmçinin Rusiya qazının Avropaya nəqli ilə bağlı fikir mübadiləsi aparıblar və məsləhətləşmələri üçtərəfli formatda davam etdirməyə razılaşıblar.
Məlumata görə, Rusiya və Almaniya liderləri həmçinin 12 sentyabrda Rusiya-Aİ-Ukrayna nazirlərinin görüşündə Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişinin öhdəliklərinin 2016-cı il 1 yanvara qədər yerinə yetirilməsinin təxirə salınması haqqında razılaşmanı pozitiv qiymətləndiriblər.
Bundan başqa, Vladimir Putin və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu arasında da bu məsələlərin müzakirə olunduğu telefon danışığı baş tutub.
Samir