30 Sentyabr 2019 10:20
1 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada radikal millətçilər (nasistlər) arasında silahlanma artır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2018-ci ildə nasist qruplaşmalara yönəlik əməliyyatlar nəticəsində çoxlu sayda silah-sursat ələ keçirilib.

Habelə əməliyyatlar çərçivəsində millətçi qruplaşmaların 563 cinayət aktının üstü açılıb. Alman polisinin bu olaylarla bağlı apardığı istintaq nəticəsində 1091 odlu silah müsadirə olunaraq götürülüb.

2017-ci ildə nasist qruplaşmalarından ümumilikdə 676 silah ələ keçirilmişdi. Aşkar olunan silahlar arasında tapança, avtomat, partlayıcı və yandırıcı maddələr, səs tapançası və gözyaşardıcı qaz yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər