30 Sentyabr 2019 10:38
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstryada yeni parlament seçkilərini nəticələri bəlli olub.

Teleqraf.com xəbər verir ki, ilkin nəticələrə görə, may ayında istefa verərək növbədənkənar seçkilər təyin edən baş nazir Sebastian Kurz seçkilərdə qalib gəlib.

Baş nazirin liderliyində Avstrya Xalq Partiyası səslərin 37 faizini əldə edib. 2017-ci il seçkiləri ilə müqayisədə səslərini 6 faiz artırmasına baxmayaraq Xalq Partiyası təkbaşına hökumət qura bilməyəcək.

Seçkilərdə Sosial Demokrat Partiyası 22 faiz səs alıb. 2017-ci ildə 26 faiz səs alan Avstrya Azadlıq Partiyası isə ciddi səs itkisi ilə qarşılaşıb. Bu partiya 10 faiz səs itirib. Azadlıq Partiyası elan edib ki, hökumətin formalaşmasında iştirak etmək niyyətində deyil və müxalifətdə qalacaq.

Yaşıllar Partiyası da 14 faiz səslə parlamentə daxil ola bilib.

Avstrya Xalq Partiyasına liderlik edən Sebastian Kurzin 33 yaşı var.


Müəllif: Cavad

Oxşar xəbərlər