Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə başçısının köməkçisi Andrey Yermak məlumat yayıb.
Onun sözlərinə görə, Zelenskinin amerikalı həmkarı Donald Trampla sentyabrın 23-də Nyu-Yorkda görüşü zamanı Ukrayna prezidentinin ABŞ-a yeni səfərinin detalı müzakirə edilib.
Andrey Yermak qeyd edib ki, Zelenski Trampın təşəbbüsü ilə ABŞ-a yola düşəcək.
O bildirib ki, hazırda mütəxəssislər ABŞ-da Zelenskinin rəsmi səfərinin hazırlığı ilə məşğul olurlar.