Avropa Komissiyasının sədri Jan-Klod Yunker səhhətinə görə Fransanın keçmiş prezidenti Jak Şirakla Parisdə keçirilən vida mərasimində iştirak edə bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva məlumat verib.
“Sədr bu gün Parisdə ola bilməzdi, amma o, bütün komissiya kimi, prezident Şirakın vəfatı münasibətilə bu milli matəm günündə fransızların hisslərini bölüşür”, – deyə o bildirib.
Qeyd edək ki, Yunker avqust ayında öd kisəsinin çıxarılması əməliyyatı üçün Avstriyadakı məzuniyyətini təcili olaraq yarımçıq qoymuşdu.