30 Sentyabr 2019 18:44
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərliyi indi də din adamlarını hərbi xidmətə cəlb edir”.

Teleqraf.com xəbər verir ki, bunu professor Dilavər Əzimli deyib.

O, Ermənistan rəhbərliyinin bu qərarından təəccüblənmədiyini bildirib:

“Ermənistanda keşişlərin hərbi xidmətə cəlb olunması və onlardan işğalçılıq məqsədi ilə istifadə olunması şəxsən mənim üçün təəccüblü deyil. Çünki Ermənistanda kilsə həmişə terror mərkəzi rolunu oynayıb. Türk dünyasına qarşı baş verən bütün terror aktlarının ilhamvericisi kilsədir. Ermənistan kilsələrində çalışan din xadimlərini də bizə qarşı anti-türk ruhunda tərbiyə edirlər. Bunun nəzəri adı kilsədir, əslində isə terror yuvasıdır. Bütün dünya bunu bilir.

Ermənistan kilsəsi ənənəvi xristian kilsələrindən fərqlənir. Məsələn, Avropa kilsələrində insan özünün rahat hiss edir. Burada sanki Allahla rabitə var, Ermənistan kilsələrindən isə qan iyi gəlir, terror sədaları eşidilir. Son tarixi vərəqləsəniz, o zaman görəcəksiniz ki, bütün baş verən qətllərdə erməni kilsəsi iştirak edib”.

Dilavər Əzimli qeyd edib ki, erməni kilsələrinin istifadə etdiyi dini kitablarda da bizə qarşı nifrət aşılanır, təcavüzkarlıq təbliğ olunur:

“Bəllidir ki, bu kilsə Vatikan tərəfindən də qəbul olunmur və yalançı kilsə adlandırılır. Çünki bu kilsə yalnız qatillər tərbiyə edib yetişdirir, bütün dünya da bunu bilir. Bu mənada Ermənistan kilsələrində imandan danışmaq yersizdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər