16 Sentyabr 2014 11:04
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ötən həftə keçirilən sorğuya görə, Prezident Barak Obamanın “İraq-Şam İslam Dövləti”nə (İŞİD) qarşı strategiyasına amerikalıların əksəriyyəti müsbət baxır.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Pew Araşdırma Şirkətinin 11-14 Sentyabr tarixləri arasında 1003 nəfər ilə keçirdiyi sorğunun nəticələrinə görə amerikalıların 53 faizi Obamanın bu fikrini dəstəkləyib.

Sorğuda iştirak edənlərin 29 faizi bu strategiyaya mənfi baxdığını deyib, 19 faizi isə ümumiyyətlə fikir bildirməyib.

Obamanın İŞİD strategiyasına müsbət yanaşanların əksəriyyətini kişilər təşkil edir.

Sorğuya görə Obamaya dəstək verən Respublikaçıların faizi Demokratlara nisbətən daha yüksəkdir. Respublikaçıların 64 faizi Obamaya dəstək verdiyi halda, Demokratlarda bu rəqəm 60 faiz təşkil edir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər